Asiyada dəhşətli zəlzələ baş verdi: Avstraliyada hiss edildi -

İndoneziyada baş verən rixter cədvəli üzrə 7,7 bal gücündəki zəlzələ bir sıra ölkələrdə hiss edilib.

Metbuat.az xəbər verir ki, zəlzələ Avstraliyanın şimalında da hiss edilib. Bəzi mənbələr yerin 95 kilometr dərinliyində baş verən zəlzələnin gücünün 7,9 bal gücündə olduğunu yazıb. Yeraltı təkanların episentri sahildən bir neçə kilometr məsafədə yerləşib. Yerli dairələr sunami barədə xəbərdarlıq edib. Məlumata görə, tikililərdə fəsadlar var. Tələfat barədə rəsmi məlumat olmasa da, yerli mənbələr tələfatın ola biləcəyini irəli sürüb.

Qeyd edək ki, bu, İndoneziyada son illərin ən güclü zəlzələlərindən biridir.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR