Naxçıvan Ali Məclisinin sessiyası keçirilir

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilir.

Metbuat.az xəbər verir ki, sessiyanın gündəliyinə 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi, Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi, eləcə də işsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi məsələləri daxildir.

Sessiyanın iclasında aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri iştirak edirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR