Tayvan "PUA ordusu" qurur

Çinlə gərginlik yaşayan Tayvan artan təhdidlərə qarşı 3000 yeni pilotsuz uçuş aparatından ibarət birlik qurmağı planlaşdırır.

Metbuat.az xəbər verir ki, bu barədə “Taipei Times” qəzeti məlumat yayıb. Bildirilir ki,Tayvanın Müdafiə və İqtisadiyyat Nazirliyi, Milli Elm və Texnologiya Şurası, Milli Çunq-Şan Elm və Texnologiya İnstitutunun nümayəndələri birlikdə bu məsələ üzərində işləyir. Nümayəndə heyətinin açıqlamasına görə, layihə çərçivəsində hərbi məqsədlər üçün istifadə ediləcək təxminən 3000 PUA-nın tədarükü üçün 9 istehsalçıdan nümunələrin hazırlanması tələb ediləcək.

İstehsalçılar gəmi kəşfiyyatı, yer kəşfiyyatı,ümumi kəşfiyyat, həmçinin kiçik pilotsuz uçuş aparatları və hədəf aşkarlama qabiliyyətinə malik pilotsuz təyyarə prototipləri hazırlayacaqlar. Müdafiə Nazirliyi bu məqsədlə tender elan edəcək. Tenderdə iştirak etmək istəyən şirkətlərin Çinlə və Çin şirkətləri ilə heç bir formada əlaqəsi olmamalıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR