“Qarabağ”ın futbolçusu Kvabena Ovusu “Ferentsvaroş”a bu ay keçmək istəyir.

Metbuat.az xəbər verir ki, qanalı hücumçu bununla bağlı fikrini Ağdam klubunun rəhbərliyinə bildirib. Bu barədə “ulloi129.hu” saytı məlumat yayıb. 26 yaşlı forvard Macarıstan komandası ilə mövsümün sonunda 2 illik müqavilə bağlamağa razılaşsa da, bu keçidin qış transfer dönəmində reallaşmasının tərəfdarıdır. Hazırda klublar arasında bu yöndə danışıqlar getdiyi bildirilir.

Qeyd edək ki, Kvabena Ovusunun “Qarabağ”la müqavilə müddəti mövsümün sonuna qədərdir.