PSJ Fransa Liqa 1-də 18-ci turun oyununa çıxıb.
Metbuat.az xəbər verir ki, komanda "Anje"ni qəbul edib və 2:0 hesabı ilə qalib gəlib.
PSJ - "Anje" - 2:0
Qollar: Ekitike, 5, Messi, 72
Bu nəticədən sonra Paris təmsilisi 47 xalla 1-ci pillədə qərarlaşıb. "Lans" 41 xalla 2-ci, "Marsel" 39 xalla 3-cüdür.
Qeyd edək ki, L.Messi DÇ-2022-dən sonra ilk dəfə PSJ ilə oyuna çıxıb.
Messi növbəti qolunu vurmaqla Avropanın 5 əsas liqasının klublarında rekorda şərik oldu. Argentinalı hücumçu bütün klub turnirləri daxil olmaqla 696-cı qolunu vurmaqla Kriştiano Ronaldoya çatıb.
O, daha bir dəfə fəqlənməklə rekordçu olmağa yaxındır. Çünki bu göstəricidə rəqib olan Ronaldo Avropada deyil, Asiyada - Səudiyyə Ərəbistanının “Əl-Nəsr”in klubunda çıxış edir.
Messi 832 oyuna 696 qol vurub, 297 məhsuldar ötürmə edib. Ronaldo isə 919 oyuna 696 qol 197 məhsuldar ötürmə ilə yadda qalıb.