“Qarabağ”lılara Şahruddinlə bağlı şok xəbər:

Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin qolu sınıb.

Metbuat.az xəbər verir ki, 28 yaşlı qolkiper komandanın Antalyadakı təlim-məşq prosesi zamanı zədələnib. O, 2 ay yaşıl meydanlardan kənarda qalacaq.

Bu da o deməkdir ki, Şahruddin Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə oyunları buraxacaq.

Xatırladaq ki, “Qarabağ” Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

Qeyd edək ki, daha əvvəl “Qarabağ”ın futbolçularından Abbas Hüseynov Antalyadakı təlim-məşq toplanışı zamanı zədələnib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR