MM-in komitə sədri: “Bələdiyyə üzvlərinin sayı azaldılmalıdır”

Yaxın zamanlarda bələdiyyələrin fəaliyyəti ilə bağlı məruzə dinləniləcək.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, bələdiyyələrin fəaliyyət istiqamətləri onların özündən asılıdır:

“Bələdiyyə üzvlərinin sayı da azaldılmalıdır. Elə bələdiyyə var ki, onun 15, eləsi də var ki, 19 üzvü var. İqtisadi zona formalaşdığından azad edilmiş ərazilərdə icra hakimiyyəti qurulacaq və buna uyğun da bələdiyyələrin sayının azaldılması ortaya çıxacaq. Problem hər zaman olub və biz də bunu qaldırmışıq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR