Nazarbayev əməliyyatdan sonra evə buraxıldı

Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev xəstəxanadan evə buraxılıb.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Milli Elmi Ürək Cərrahiyyə Mərkəzi məlumat yayıb.

Mərkəzdən bildirilib ki, Nazarbayev ürək əməliyyatından sonra vəziyyətinin yaxşılaşması səbəbi ilə xəstəxanadan buraxılıb.

Qeyd edək ki, Nazarbayev 4 gün əvvəl ürəyindən əməliyyat olunmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR