Ermənistanda ölən hərbçilərin valideynləri -

Xəbər verdiyimiz kimi, yanvar ayının 19-da Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında yanğın baş verib. Nəticədə 15 hərbçi ölüb.

Metbuat.az Hraparak nəşrinə istinadən xəbər verir ki, ölən hərbçilərin ailələri onların yanğından əvvəl öldüyünü iddia edirlər.

Rostum Asryan adlı hərbçinin atası Artak deyib ki, yanğından əvvəl əsgərlər zəhələndirilib. Həmin əsgərin anası isə oğlunu qolundakı tattudan tanıdığını deyib.

Tez-tez oğlunun olduğu hərbi hissəyə getdiklərini bildirən ata və ana qeyd edib ki, hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarması olduqca köhnə olub. Tüstülənmə olan kimi qapını sındırıb əsgərləri xilas etmək olardı.

Qeyd edək ki, hadisəyə görə, Ermənistan silahlı qüvvələrinin ikinci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryan və digər zabit heyəti işdən çıxarılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR