Pxenyanda həyat dayandı, şəhər "mühasirədədir" -

Şimali Koreyanın paytaxtı Pxenyanda tənəffüs yolu ilə keçən xəstəliklərdə yoluxma hallarının artması ilə əlaqədar beş günlük karantin rejimi tətbiq edilib.

Metbuat.az xəbər verir ki, dövlət agentliyinin karantinlə bağlı yayımladığı xəbərdə koronavirusdan bəhs edilməyib. Bildirilir ki, şəhərə giriş-çıxışlar tam nəzarətə alınıb. Sakinlərə evlərini tərk etməmək tapşırılıb. Bununla bağlı sakinlər ərzaq ehtiyatı yığıb.

Qeyd edək ki, Şimali Koreya ölkədə koronavirusa yoluxma halının olmasını rəsmi formada ilk dəfə 2022-ci ildə açıqlayıb. Lakin ardınca Şimali Koreya ölkədə koronavirusla bağlı youxmaların dayandığını irəli sürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR