Milli Aviasiya Akademiyasının bir qrup əməkdaşı təltif edildi -

Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasının bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Metbuat.az xəbər verir ki, sərəncam Milli Aviasiya Akademiyasının 30 illiyi münasibətilə imzalanıb.

Milli aviasiya kadrlarının hazırlanması sahəsində xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Dadaşov Fuad Həsən oğlu

Mahmudlu Firdovsi Ələddin oğlu.

Milli aviasiya kadrlarının yetişdirilməsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar müəllim”

Abdullayev Pərviz Şahmurad oğlu

Məcidova Valentina Qurban qızı

“Əməkdar mühəndis”

Musayev Aydın Ərəstun oğlu

Nəbiyev Rasim Nəsib oğlu

Nizamov Telman İnayət oğlu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR