Tehranın polis rəisi işdən çıxarıldı

Tehran polisinin rəisi, briqada generalı Sərdar Hüseyn Rəhimi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan sonra tutduğu vəzifəsindən azad edilib.

Metbuat.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, onu İran polis rəisi Əhməd Rza Radan vəzifəsindən azad edib.

Qeyd edək ki, Tehran polisinin rəisi Hüseyn Rəhimi hücum edən şəxsin iki azyaşlı uşağı ilə səfirliyə daxil olduğu barədə açıqlama vermişdi. Guya atəş açan şəxs ailə problemləri və şəxsi məsələlərə görə hücum etdiyini bildirib. Lakin görüntülərdən də məlum olur ki, terrorçunun yanında heç kəs olmayıb və hadisə düşünülmüş, planlaşdırılmış terror hadisəsidir. Bunlar Tehran polis rəisinin yalan danışdığını bir daha sübut edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR