“Qarabağ” qanalı forvardı Kvabena Ovusunun Macarıstanın “Ferentsvaroş” klubuna keçidini rəsmən açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Transferin detalları barədə məlumat verilməyib.

KİV-də yayılan məlumata görə, bu keçid “Qarabağ”a 350 min avro (647 min manat) qazandırıb.