Çindən ABŞ-a Makkartinin Tayvan səfəri ilə bağlı xəbərdarlıq

Çin ABŞ-ın Nümayəndələr Palatasının yeni seçilmiş sədri Kevin Makkartinin Tayvan səfərinə hazırlaşması ilə bağlı xəbərlərə reaksiya verib.

Metbuat.az xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib ki, ABŞ-ın Çinlə münasibətləri gərginləşdirəcək həmlələrdən çəkinəcəyini güman edir. Diplomatın sözlərinə görə, Çin ümid edir ki, ABŞ qanunvericiləri “vahid Çin” prinsipinə və Birgə Bəyannaməyə əməl edəcək.

Qeyd edək ki, Konqresdəki hadisələrlə bağlı xəbərlər dərc etməklə tanınan ABŞ-ın "Punchbowl News" telekanalı Makkartinin Tayvana səfər etməyi planlaşdırdığı və Müdafiə Nazirliyinin buna hazırlaşdığı barədə xəbər yayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR