​Tayvanda yeni hökumət quruldu

Tayvanda yeni hökumət qurulub.

Metbuat.az xəbər verir ki, yeni hökumətin baş naziri Çen Çien-jen olub. Tayvanın CNA agentliyinin məlumatına görə, yeni hökumət artıq işə başlayıb. Bildirilir ki, Demokratik Tərəqqi Partiyası bələdiyyə seçkilərində uğur əldə edə bilmədiyinə görə, partiya sədri Su Tseng-çanq baş nazir postundan istefa verib. O həmçinin partiya sədrliyi postundan da gedib.

Qeyd edək ki, hazırki Baş nazir Çen Çien-jen Tayvan lideri Tsai İng-Venin köməkçisi postunu icra edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR