"Ərdoğan avropalı liderlərin bacarmadığını bacarır, edə bilmədiyini edir" - Professor

Dünya mayın 14-də Türkiyədə keçirilməsi planlaşdırılan seçkiləri diqqətlə izləyir.

Metbuat.az xəbər verir ki, Belçikanın dövlət kanalı RTBF-də seçkinin nəticəsinin Avropaya təsiri müzakirə olunub. Müzakirə zamanı Prezident Rəcəb Tayyib Ərdoğanın digər avropalı liderlərin bacara bilmədiklərinə nail olduğu diqqətə çatdırılıb. Ərdoğanın Avropa üçün mühüm lider olduğu vurğulanıb. Brüssel Universitetinin professoru Firuzeh Nəhavəndi bildirib ki, Ərdoğan balanslı siyasəti ilə nəzərə çarpan nəticələr əldə edə bilən mühüm liderdir.

Nəhavəndi qeyd edib ki, Ərdoğan digər Avropa liderlərindən fərqli olaraq Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə yaxşı münasibətləri qoruyub saxlaya bilib. Müzakirə zamanı Türkiyədə çoxlu Avropa şirkətlərinin olduğu və türk əhalisinin Avropada investisiyalarının olduğu xatırladılıb. Ərdoğanın seçkilərdə qələbəsinin hər iki tərəfə böyük iqtisadi fayda gətirəcəyi şərh edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR