Saakaşvili tanınmaz halda -

Gürcüstanın hazırda həbsdə olan sabiq prezidenti Mixeil Saakaşvilinin fotosu yayılıb.

Metbuat.az xəbər verir ki, fotolarda onun həddən artıq çəki itirdiyi görülür.

Bu gün məhkəməsi keçirilən Saakaşvili hakimə vəziyyətinin ağır olduğunu söyləyib və adekvat müalicə tələb etdiyini bildirib: "Mən bütün biliyimi Gürcüstana vermişəm. Lazım olsa, canımı da verərəm. İndi tək xahişim odur ki, mənə müalicə almaq imkanı verilsin. Çünki vəziyyətim kəskin şəkildə pisləşib".

Saakşvilinin əynindəki koftanın üzərindəki "mən ukraynalıyam" ifadəsi də diqqət çəkib.

Bir 2 nəfər şəkili ola bilər

Bir 1 nəfər və bunu deyən yazı "Back" şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR