İstanbulda avtobus dayanacaqdakı insanları əzdi,

Türkiyənin İstanbul şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Bahçelievler rayonunda qeydə alınan qəzada 5 nəfər yaralanıb, 1 nəfər vəfat edib.

Qəza zamanı avtobus səkiyə çıxaraq əvvəlcə dayanacaqda gözləyən insanları əzib, sonra mikroavtobusa çırpılıb.

Hadisə nəticəsində həlak olan şəxs fiziki məhdudiyyətli bir Türkiyə vətəndaşı olub. Azərbaycan vətəndaşı Əhməd Rzayev isə yaralanıb və vəziyyəti ağırdır. Həmçinin 1 Əlcəzair vətəndaşı və 3 Türkiyə vətəndaşı da qəzada yaralanıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR