Baydenin dili yenə topuq vurdu

ABŞ prezidenti Co Bayden növbəti dəfə nitq söyləyərkən səhvə yol verib.

Metbuat.az xarici mətbuata istinadən xəbər verir ki, o, ailə və tibbi icazə qanunun (FMLA) qəbul olunmasının 30-cu ildönümündə çıxış edib.

Bayden hökumətdə gender bərabərliyinin təmin olunduğunu və idarəçilikdə qadın iştirakçılığının təmin olunduğunu vurğulamaq istəyərkən dili topuq vurub.

"Kabinədəki qadınların yarısından çoxu, bəli, yarıdan çoxu qadındır", - deyə o bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR