Erməni nazirin Türkiyə ilə bağlı "arzusu":

"Əgər Türkiyə ilə sərhədlər açılsa, yerli biznes bunun müsbət təsirlərini hiss edəcək".

Metbuat.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan "Armenpress"ə müsahibəsində deyib.

"Bizdə olan məlumata görə, hələ ki, müntəzəm daşımalar yoxdur. Ölkələrin coğrafi yaxınlığını nəzərə alsaq, olmaya da bilər. Çünki Gürcüstan ərazisindən quru nəqliyyat əlaqəsi kifayət qədər əlçatandır. Lakin ola bilsin ki, burada bəzi yüklər daşınsın", - deyə o bildirib.

"Quru sərhədinin açılmasına gəlincə, bu, iqtisadiyyatın böyüməsinə səbəb olacaq. Bunun üçün imkanları Türkiyə bazarının özü təmin edir və Türkiyədən keçməklə Yaxın Şərq ölkələrinə tranzit mümkündür", - deyə Kerobyan qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR