Türkiyədə zəlzələ baş verib

Türkiyədə zəlzələ olub.

Mətbuat.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ Osmaniye vilayətinin Düziçi rayonunda baş verib. Rixter şkalası ilə 4.6 balla qiymətləndirilən yeraltı təkanın ocağı yerin 7 kilometr dərinliyində yerləşib.

Zəlzələ heç bir dağıntı və tələfata səbəb olmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR