Messidən GÖZLƏNİLMƏZ QƏRAR -

PSJ-nin futbolçusu Messi klub rəhbərliyi ilə görüşü təxirə salıb.

Metbuat.az "TyC Sports"a istinadən xəbər verir ki, argentinalı hücumçu müqaviləni uzatmaqda tərəddüd etdiyi üçün bu addımı atıb. 35 yaşlı oyunçunun uzunmüddətli perspektivdə gələcək haqqında düşündüyü vurğulanıb. Xəbərdə “Barselona” və Səudiyyə Ərəbistanı klubları ilə danışıqlar aparmadığı da bildirilib.

Qeyd edək ki, Messi 2021-ci ilin yayından PSJ-də oynayır. Onun klubla müqaviləsi bu ilin iyununda başa çatır.

Britaniya mətbuatı Lionel Messinin maraqlarını təmsil edən atası Xorxenin Səudiyyə Ərəbistanına gedərək, Messinin “Əl-Hilal”a keçid imkanını müzakirə etdiyi barədə xəbərlər yayıb. İddia edilir ki, Səudiyyə Ərəbistanı klubu 35 yaşlı Messiya illik 300 milyon avro maaş təklif edib. Bu isə “Əl-Nəsr” klubunun Ronaldoya verdiyi məbləğdən 80 milyon avro çoxdur. Xatırladaq ki, daha əvvəl Kriştiano Ronaldo “Əl-Hilal”ın əsas rəqibi olan “Əl Nəsr” komandasına keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR