Türkiyədə ordu əhaliyə yemək payladı -

Türkiyə ordusu zəlzələdən əziyyət çəkən əhaliyə yemək paylamağa başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi tviter səhifəsində məlumat yayıb.

"Baş verən zəlzələdən sonra Malatyadakı 2-ci Ordu Komandanlığımızda xidmət edən əsgərlərimiz axtarış-xilasetmə işlərinin davam etdiyi nöqtələrdə yemək paylayaraq vətəndaşlarımıza dəstək olur. Bölmələrimiz tərəfindən zəlzələ bölgəsində səyyar mətbəx dəstəyi də təmin olunacaq", - deyə bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR