Siyasətçinin,12 günlük körpəsinin və həyat yoldaşının nəşi çıxarıldı -

İYİ Partiya Antakya Qadın Qolları başçısı Özge Alkanın əri və körpəsi ilə birlikdə dağıntılar altında qalaraq həyatını itirib.

Metbuat.az xəbər verir ki, bu barədə İYİ Partiya sədri Meral Akşener tviter hesabında məlumat paylaşıb:

"Hörmətli həmkarım, Antakya Qadın Siyasətləri başçımız Özge Alkanın həyat yoldaşı və 12 günlük körpəsi ilə birlikdə dağıntılar altında dünyasını dəyişməsi xəbəri ürəyimə od kimi düşdü... Allah ailələrinə səbr versin. Ruhları şad, məkanları cənnət olsun...", - deyə paylaşımda qeyd edilib.

Akşener: Antakya Kadın Politikaları Başkanımız, Eşi ve 12 Günlük Bebeğiyle Enkaz Altında Vefat Etti


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR