Azərbaycan bankları Türkiyəyə ianələrlə bağlı komissiya haqqını

Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə növbədənkənar iclası keçirilib.

Azərbaycan Banklar Assosiasiyasından Metbuat.az-a bildirilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə bank icması baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən qardaş ölkədə yaradılmış xüsusi fonda (Afet ve Acil Durum - AFAD) ölkə bankları vasitəsilə ianələr şəklində dəstək göstərilərkən bank komissiyalarının tutulmayacağı barədə yekdilliklə qərar qəbul edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR