Məvacibini Türkiyəyə bağışlayan liderdən təsirli çıxış:

Tayvan hökumətinin və dövlətinin yüksək rütbəli rəsmiləri 1 aylıq məvaciblərini Türkiyəyə ianə ediblər.

Metbuat.az xəbər verir ki, onların arasında Tayvan lideri Tsai İnq-ven, vitse-prezident Lai Çinq-te, Baş nazir Çen Çien-jen və baş nazirin müavini Çenq Ven-tsan da var. Həmçinin qeyd edilib ki, Tayvan zəlzələrdən əziyyət çəkən Türkiyəyə 2 milyon dollar ayırıb. Bundan əlavə, Tayvan Türkiyəyə 130 nəfərdən ibarət axtarış-xilasetmə qrupu göndərib.

Tayvan lideri Tsai, Türkiyəyə çatan ilk axtarış-xilasetmə qrupu ilə etdiyi video formatda görüşərək, Türkiyənin 1999-cu ildə baş verən zəlzələdə Tayvana axtarış-xilasetmə qrupu göndərən ilk ölkə olduğunu qeyd edib.

"20 il əvvəl Tayvanda zəlzələ zamanı Türkiyə bizə ilk yardımı göstərdi. Əlini uzadan ölkə oldu. İndi bu bunun əvəzini geri qaytarırıq".

Xilasetmə qrupunun üzvləri Türkiyəyə 1999-cu ildə göstərdiyi köməyə görə təşəkkür edərək, bütün resurslarını və imkanlarını Türkiyə üçün səfərbər etməyə hazır olduqlarını vurğulayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR