Minimum pensiyalarda artımla əlaqədar hazırlıq işləri başa çatdırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov "Sosial saat"da məlumat verib.

O qeyd edib ki, hesablamalar aparılıb: "Qrafiklərə uyğun olaraq pensiyaların artımlarla birgə ödənilməsi həyata keçiriləcək".

Qeyd edək ki, fevralın 1-dən qanunvericilikdə edilən dəyişikliyə görə minimum pensiyanın məbləği 240 manatdan 280 manata çatdırılıb.