Xəbər verdiyimiz kimi, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov dünyasını dəyişib.
Metbuat.az unikal.org-a istinadən xəbər verir ki, mərhum Fəxrəddin Qurbanov elm və təhsil nazirinin müavini Firudin Qurbanovun qardaşıdır.
Qeyd edək ki, F. Qurbanov indiyədək bir sıra ölkələrdə səfir vəzifəsində çalışıb O, dövlət başçısının ötən il imzaladığı sərəncamı ilə Azərbaycanın Xorvatiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.