"Ukraynadakı münaqişə hazırda kritik məqamdadır. Əgər Ukrayna tərəfi Qərbin hərbi yardımından istifadə edərsə döyüş meydanında vəziyyətin trayektoriyasını dəyişə biləcək".

Metbuat.az-ın məlumatına görə bu fikirləri “The Washington Post” ABŞ administrasiyasındakı mənbələrə istinadən yazıb. Qəzetin məlumatına görə Zelenski administrasiyası bu yardımlardan istifadə etməsə gələcəkdə Ukraynanın hərbi yardım alması çətin olacaq.Buna səbəb Konqresdəki müxalif Respublikaçıların və Amerikanın Avropadakı müttəfiqləri arasında müəyyən anlaşılmazlıqların olmasıdır.

ABŞ Ukraynanı xəbərdar etdi:

"Biz Ukraynanı inandırmağa çalışırıq ki, əbədi olaraq onlara yardım edə bilmərik. Administrasiya əmindir ki, gələcəkdə Konqresdən Kiyev üçün əvvəlki kimi yardım almaq çətin olacaq".

Qəzetin yazdığına görə, Vaşinqton hesab edir ki, bu yaz Rusiya və Ukraynanın itirilmiş əraziləri geri qaytarmaq üçün əks-hücum əməliyyatları olacaq.

Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu da açıqlamasında təsdiq etdi ki, Rusiya Ukraynada növbəti genişmiqyaslı hücuma hazırlaşır.

5 prinsip, Rusiyaya verilen mesaj ve Brusselin musbet vasiteciliyi…- Politoloq Elxan Şahinoğludan ŞƏRH

"Rusiya itkilərinə baxmayaraq, ərazidə böyük qoşun birlikləri toplayıb. Ötən il də müharibə belə başladı. Rusiya müharibədən bir neçə ay əvvəl Ukrayna ilə sərhəddə qoşunları topladı, "təlimlər keçiririk" yalanını uydurdu, fevralın 24-də işğala başladılar. Eyni ssenarini təkrarlamaq istəyirlər, ancaq bu dəfə məqsəd paytaxt Kiyevə qədər irəliləmək deyil. Kreml sahibi Vladimir Putin bir neçə ay əvvəl saxta referendumla Rusiyaya biləşdirdiyi Ukrayna bölgələrinin adminstrativ sərhədlərinə qədər irəliləmək istəyir. Putin Qərbin hərbi texnikası tam şəkildə Ukrayna ordusuna təhvil verliənə qədər "işi" bitirmək istəyir.

Gülbəniz Hüseynli / Metbuat.az