Ukrayna ordusu Rus qüvvələrinə hücum etməyə hazırlaşır -

“Ukrayna ordusunu daha çox güclü silahlarla təmin etmək üçün çalışırıq”.

Metbuat.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski belə açıqlama verib. Zelenski ABŞ-ın sədrliyi ilə Brüsseldə keçirilən Ukrayna Müdafiə Təmas qrupunun toplantısını dəyərləndirib. O bildirib ki, görüşdə Ukrayna üçün bir sıra mühüm qərarlar qəbul edilib:

"Bu, sayca 9-cu belə toplantıdır. Dövlətimizi qorumaq, əsgərlərimizi gücləndirmək üçün daha bir mühüm qərar qəbul edilib. Tərəfdaşlar tərəfindən daha çox hava hücumundan müdafiə sistemi veriləcəyi təsdiqlənib. Daha çox tank veriləcəyi təsdiqlənib. Daha çox top və mərmi veriləcəyi təsdiqlənib".

Ukraynadakı rus ordusunun mövqelərinə hücum etməyə hazırlaşdıqlarını ifadə edən Zelenski, “Əsgərlərimizi daha çox silah, daha uzun mənzilli silahlarla və hücum üçün daha çox qüvvə ilə təmin etmək üçün əlimizdən gələni edirik” - deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR