Anxel Di Mariya Türkiyənin bu klubunda oynamaq istəyir -

Nikolo Zaniolo kimi ulduz futbolçunu heyətinə cəlb edən “Qalatasaray”ın yeni hədəfi Anxel Di Mariyadır.

Metbuat.az xəbər verir ki, “Qalatasaray”ın nümayəndələri İtaliyada Di Maria ilə görüşərək onun razılığını alıblar. Türkiyənin “Sabah” qəzeti Torino şəhərində keçirilən görüşün təfərrüatları barədə yazıb. Bildirilir ki, Qalatasaray” nümayəndələri Anxel Di Maria ilə restoranda görüşüb. 34 yaşlı futbolçu ilə danışıqlar müsbət keçib. Argentinalı ulduz və həyat yoldaşı “Qalatasaray”lı nümayəndənin onlarla və xüsusilə kiçik qızları ilə qurduğu ünsiyyətdən çox təsirlənib.

Məlumata görə, görüş zamanı transferin detalları ətraflı müzakirə edilməsə də, Di Maria “Qalatasaray”a keçməyə razılıq verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR