UEFA Musanı bu futbolçu ilə müqayisə etdi -

UEFA Avropa Konfrans Liqası "Qarabağ"ın futbolçusu Musa qurbanlı ilə bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, rəsmi tviter hesabında sorğu keçirən UEFA Qurbanlını "Gentin" 11 nömrəli hücumçusu Kuypers ilə müqayisə edib. "Cümə axşamı günü hesaba kim düşəcək?" sualı izləyicilərə ünvanlanıb.

Qeyd edək ki, "Qarabağ" bu gün Avropa Konfrans Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq. Belçikanın "Gent" komandası ilə baş tutacaq olan matça Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna saat 21:45-də start veriləcək.Resim


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR