“Qarabağ”a qələbə qazandıran o qol -

Bakıda UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” Belçikanın “Gent”i üzərində qələbə qazanıb.

Metbuat.az xəbər verir ki, Ağdam təmsilçisinin heyətində 78-ci dəqiqədə L.Andrade fərqlənib. Bu qol oyunda yeganə qol olub. Beləliklə, matç Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında cavab matçı 1 həftə sonra Belçikada keçiriləcək.


20:35

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində Bakıda qarşılaşacaq Azərbaycanın “Qarabağ” və Belçikanın “Gent” komandalarının start heyətləri açıqlanıb.

Metbuat.az xəbər verir ki, "Qarabağ"ın start heyətində Luka Quqeşaşvili, Julio Romao, Marko Yankoviç, Musa Qurbanlı, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Marko Veşoviç, Elvin Cəfərquliyev, Bədavi Hüseynov və Ramil Şeydayev yer alacaqlar.

Belçika təmsilçisinin heyətində isə meydana Deyvi Rof, Cozef Okumu, Mişel Nqadye-Nqacui, Xönseok Xon, Uqo Kuypers, Jülyen De Sart, Alessio Kastro-Montes, Villi Orban, Cordan Torunariqa, Sven Kums və Bruno Qodo çıxacaqlar.

Matçı isveçrəli baş hakim Məhəmməd Al-Hakim idarə edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüş saat 21:45-də başlayacaq.

“Qarabağ” tarixində ikinci dəfə Konfrans Liqasının pley-off mərhələsində qüvvəsini sınayacaq. Ağdamlılar ötən mövsüm turnirin bu mərhələsində Fransanın “Marsel” komandasına məğlub olaraq avrokuboklarla vidalaşıb.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu fevralın 23-də Gent şəhərində keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR