Kişi qeyri-rəsmi nikahda olduğu qadını 6-cı mərtəbədən yerə

Bakıda hoteldə qadın altıncı mərtəbədən yerə atılıb.

Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə fevralın 16-da bir qadının xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Araşdırmalarla həmin gün saat 19 radələrində rayon ərazisində yerləşən otellərin birində Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Qənbərovun qeyri-rəsmi nikah münasibətində olduğu həmin qadını 6-cı mərtəbənin pəncərəsindən yerə atması və onun 3-cü mərtəbədəki çardağın üzərinə düşməsi nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsinə əsaslı şübhələr müəyyən olunub.

Adam öldürməyə cəhddə şübhəli bilinən Ş.Qənbərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR