Bir müddət öncə insult keçirdiyi deyilən Xalq artisti Nisə Qasımovadan yeni xəbər var.

Metbuat.az xəbər verir ki, o, doğum günü ilə bağlı paylaşım edib. Rəsmi instaqram hesabında paylaşım edən Xalq artisti onu təbrik edənlərə təşəkkür edib.

Qeyd edək ki, bir müddət əvvəl Nisə Qasımovanın insult keçirməsi ilə bağlı xəbərlər yayılmışdı. Onun meneceri isə yerli mətbuata açıqlamasında yayılan məlumatların əssasız olduğunu bildirmişdi.