Ekspertdən tikinti şirkətlərinə MÜRACİƏT:

"Türkiyədə baş verən zəlzələdən sonra insanlarda hündür mərtəbəli yenitikili binalarda yaşamaq artıq bir qorxuya çevrilib".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı əmlak eksperti Elnur Fərzəliyev edib. Onun fikirlərinə görə, sosial şəbəkələrdə müxtəlif qeyri rəsmi, yalan məlumatların yayılması da insanlarda qorxu yaradan faktorlardandır.

"Hələ ki, bina tikənlərdən tanınmış Şərurlu İsfəndiyardan başqasını görmədim ki, çıxıb mediada tikdikləri binaların keyfiyyəti barədə açıqlama versinlər. Tikdiyiniz binaların keyfiyyətindən tam əminsinizsə o zaman efirə çıxın, gördüyünüz işlər barədə xalqa məlumat verin. Camaat da rahat olsun, siz də".

Qeyd edək ki, Türkiyədə baş verən zəlzələlərdən sonra sosial şəbəkələrin Azərbaycan seqmentində mənzil almaq üçün axtarış edənlərin əksəriyyəti fikirlərini dəyişdirdiklərini, daha çox həyət evlərinə diqqəti yönəldiklərini bildiriblər. Son bir həftə ərzində hündürmərtəbəli binalardan mənzil üçün müraciət edənlərin bir çoxu da verdikləri behi geri götürərək ev almaq fikirlərindən daşınıblar. Bu faktı mənzil satışı ilə məşqul olan şəxslər də təsdiqləyiblər.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR