Polietilen torbalar ilə bağlı ŞOK XƏBƏRDARLIQ:

“Polietilen torbaların satışdan çıxarılması və qadağası vacibdir”.

Bunu Metbuat.az-a açıqlamasında qida mütəxəssisi Ağa Salamov deyib. Ekspert bildirdi ki, polietilen torbaların pullu olması xəstəlikləri və zəhərlənmələri artıracaq:

“Polietilen torbalar dənizdə heyvanların yeminə çevrilir ki, bu da sonda plastik məhsulun boşqabımıza qədər gəlib çıxmasına səbəb olur. Nəticədə başda mədə problemləri olmaqla bir çox xəstəliklər qaçılmaz olur. Bu baxımdan polietilen torbalar ümumiyyətlə satışdan qaldırılmalıdır. Bəs biz nə edirik? Əksinə, riski daha da yüksəldirik. Belə ki, satışda olan polietilen torbaları heç kim iki və ya üç ədəd almır. Pullu olduğuna görə əksəriyyət məhsulları eyni torbaya qoymalı olurlar. Düşünək ki, alış-veriş edən insan həm toyuq, həm də ağartı məhsulları alıb. Riskli olan toyuqların daşıdığı "salmonella" bakteriyasıdır ki, bu da bir torbaya yığılan başqa qidaları da bu bakteriyaya yoluxdurur. Bunun kimi, qırmızı ət və balıq məhsulları da bakteriya daşıyıcılarıdır”.

Ağa Salamov əhalini bu torbalardan imtina etməyə, rəng kodlarına uyğun parça torbalardan istifadəyə çağırıb.

“Əgər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti insanların sağlamlığını düşünürdüsə, qeyd etdiklərimi nəzərə almalı idi. Yox, əgər ekologiyanı düşünürlərsə ,o zaman polietilen torbalar ümumiyyətlə satışdan çıxarılmalıdır”.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR