Şimali Koreya yeni raket sınaqları təşkil edib.
Metbuat.az xəbər verir ki, bu barədə Yaponiya və Cənubi Koreya məlumat yayıb. Bildirilir ki, Pxenyan Yapon dənizi istiqamətində iki ballistik raket atıb. Qısa mənzilli ballistik raketlər havada olan təyyarələr üçün təhlükə yaratmayıb. Raket sınaqlarından sonra Yaponiyanın Baş naziri BMT Təhlükəsizlik Şurasını toplantıya çağırıb. Yaponiya həmçinin Pekin səfirliyi vasitəsilə Şimali Koreya hakmiyyətinə etiraz edib.
Cənubi Koreyanın Baş Qərargahından bildirilib ki, raketlərdən biri 390 digəri isə 340 kilometr məsafə qət edib.