Deputat həmin məmurlardan yazdı:

Millət vəkili Sabir Rüstəmxanlı 21 Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə bir xatirəsini paylaşıb.

Metbuat.az xəbər verir ki, deputat qeyd edib ki, 1982-ci ildə indiki Heydər Əliyev sarayında beynəlxalq poeziya bayramı keçirilirib. Həmin gecə Respublikanın bütün rəhbərliyi, Heydər Əliyev, SSRİ-nin bütün respublikalarından tanınmış şairləri salonda olub: "Azərbaycandan üç nəfər çıxış edəcəkdi. Gənclərdən məni məsləhət görmüşdülər. Gecə boyu bütün danışıqlar, şeirlər rusca... Salon yüzə-yüz azərbaycanlı.. Mən mikrofonun qarşısına keçəndə, sanki etiraz olaraq, bərkdən " Sağ ol, ana dilim" dedim. Salondan alqış qopdu. Hələ nə söyləyəcəyimi bilmədən. Şeirdən sonra o alqışlar uzun sürə davam etdi. Qonaqlar bu sevgini görüb mənim çıxışımla maraqlanırdılar. Gecənin sonunda qonaqlar və rəhbərlik səhnənin arxasında çay süfrəsinə yığışanda bizim məmurlar mənə salam vermədən, incik görkəmlə, küsülü kimi kənardan keçirdilər. Yəni o nə şeirdir bu dostluq gecəsində oxudun? Sanki atalarına söymüşdüm. Sıxıntı içində bir kənarda dayanmışdım. Birdən Heydər Əliyevin gözü mənə sataşdı."Yaxın gəl! - əlimi sıxdı.- Təbrik edirəm, gözəl şeirdir"- dedi. Birdən-birə buz əridi, yanımdan küsülü keçənlər, yollarını dəyişib bu dəfə məni hərarətlə təbrik etməyə başladılar".

Onun sözlərinə görə, indi bütün ömrünü ana dilimizin inkişafına həsr etmiş bizlərə Azərbaycan dili sevgisindən dərs vermək istəyən və bunu fürsət bilib gözəl və zəngin türk dilinə sayğısızlıq edən, onu kobud, Avropa təsiri ilə kökdən uzaqlaşmış sayanların, Azərbaycanla Türkiyə arasına soyuqluq salmaq istəyənlərin çoxu o şeir gecəsində mənim "Sağ ol, ana dilim" harayımdan canlarına titrətmə düşənlərin, gecələr üzü Moskvaya, Tehrana yatanların nəvə-nəticələridir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR