“Qarabağ” dünya reytinqində GERİLƏDİ

“Qarabağ” klubların dünya reytinqində ötən ayla müqayisədə 3 pillə geriləyib.

Metbuat.az Opta statistika platformasına istinadən xəbər verir ki, Azərbaycan çempionu siyahının 69-cu pilləsinə düşüb.

Ağdam təmsilçisi 84,1 reytinq xalına malikdir. Reytinqin ilk “100-lüy”ündə özünə yer tapan yeganə Azərbaycan komandası olan “Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Gent”i (Belçika) xeyli üstələyir. “Gent” hazırda 80,7 reytinq xalı ilə 138-ci pillədədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR