"Qarabağ"la oyun öncəsi "Gent"ə böyük zərbə

"Gent"in daha iki futbolçusu Belçikada "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab matçını buraxa bilər.

Metbuat.az xəbər verir ki, bunlar müdafiəçi Cozef Okumu və yarımmüdafiəçi Endryü Hülsagerdir. Okumu Bakıdakı ilk görüşdə xəsarət alıbsa, Hülsager "Aud-Heverle Lövyen"lə çempionatın XXVI tur oyununda sıradan çıxıb.

Daha əvvəl Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşmada zədələnən Alessio Kastro-Montesin də növbəti oyunda iştirakı sual altına düşüb.

Qeyd edək ki, "Qarabağ" "Gent"ə qarşı cavab matçını fevralın 23-də Belçikada keçirəcək. İlk oyunda Azərbaycan çempionu 1:0 hesablı qələbə qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR