"Qarabağ" "Gent"lə cavab oyununa çıxır -

"Qarabağ" bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

Metbuat.az xəbər verir ki, Ağdam təmsilçisi Belçikada "Gent" klubunun qonağı olacaq. "Gelamko Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Matçı şotlandiyalı FIFA referisi Uilyam Kollam idarə edəcək.

"Köhlən atlar" Bakıdakı ilk görüşdə 1:0 hesablı qələbə qazandığından istənilən heç-heçə və ya qalibiyyət komandanı 1/8 finala yüksəldəcək.

"Köhlən atlar" matça ciddi itkilərlə çıxacaqlar. Qapıçı Şahruddin Məhəmmədəliyev, müdafiəçi Abbas Hüseynov və yarımmüdafiəçi Marko Yankoviç zədə səbəbindən oyunu buraxacaqlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR