Karlo Ançelotti Braziliya millisini çalışdırmağa razılıq verdi

Braziliya Futbol Konfederasiyası Karlo Ançelottini milli komandanın baş məşqçi postuna gətirmək istəyir.

Metbuat.az xəbər verir ki, Qətərdə keçirilən 2022-ci il dünya çempionatında istədiyi nəticəni qazana bilməyən Braziliya, baş məşqçi Tite ilə yollarını ayırıb. Bildirilir ki, Braziliya Futbol Konfederasiyası millinin çalışdıracaq ən uyğun mütəxəssisin “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti olduğunu hesab edir. İddialara görə, 63 yaşlı məşqçi də Braziliya millisini çalışdırmaq fikrindədir və buna razılıq verib.

Qeyd edək ki, Braziliya Futbol Konfederasiyası Karlo Ançelotti barədə iddiaları rədd etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR