Konfrans Liqası:

"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.

Metbuat.az xəbər verir ki, Ağdam təmsilçisi Belçikada "Gent" klubunun qonağı olub. “Gelamko Arena"da keçirilən qarşılaşmanın əsas vaxtı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İlk hissədə qapılara qol vurulmayıb. 75-ci dəqiqədə isə hesab açılıb. Standart vəziyyət zamanı Villi Orban qapını dəqiq nişan alıb. Bakıdakı ilk görüşdə ağdamlılar eyni hesabla qalib gəldiyindən əlavə vaxt oynanılıb. 92-ci dəqiqədə Yassin Benzianın sol cinahdan ötürməsi təhlükəli olsa da, topa toxunan tapılmayıb. Tərəflərin səylərinə baxmayaraq, oyunda hesab dəyişməyib və qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə edilib. Burada daha dəqiq (5:3) oynayan "Gent" adını 1/8 finala yazdırıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR