"Qarabağ" azarkeşlərindən anlamlı mesaj - "Qardaşlarımız üşüsə, biz donarıq" / VİDEO

Belçikada keçirilən "Gent"-“Qarabağ” oyunu zamanı azərbaycanlı azarkeşlərin açdığı plakat diqqət çəkib.

Metbuat.az xəbər verir ki, azarkeşlər zəlzələlərdən əziyyət çəkən Türkiyə ilə həmrəy olduqlarını nümayiş etdiriblər. Plakatda "Qardaşlarımız üşüsə, biz donarıq" sözləri yazılıb.

Qeyd edək ki, UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ” "Gent"ə əsas vaxtda 0:1, penaltilər seriyasında isə 3:5 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR