Turan bu səbəbdən "Space"dən

Aparıcı Turan İbrahimov "Space" TV-dən ayrılıb.

Metbuat.az xəbər verir ki, bu barədə sosial media hesabında məlumat verib. Aparıcı bildirib ki, sözügedən kanalla yollarını ayırmaq qərarı kanalın formatına edilən dəyişikliklə bağlıdır:

"İki həftə əvvəl verdiyimiz qərardı. "Space" TV- dən gedirəm. Kanal yeni yayım formatına keçir, əsasən yumora üstünlük veriləcək və xəbər tərkibli verlişlərə ehtiyac qalmır. Mən isə tərkibi informasiya, xəbər olmayan verlişlə efirdə olmaq istəmirəm. Başda dostumuz Vado Korovin olmaqla yeni komandaya uğurlar arzulayıram", - deyə o qeyd edib.

Qeyd edək ki, fervalın 7-də Azərbaycanın Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov "Space" müstəqil teleradio şirkətinin rəhbəri vəzifəsindən gedib.

Onu "Parni iz Baku" KVN komandasının keçmiş üzvü, ATV və "Lider" telekanallarında müxtəlif vəzifələrdə çalışan Vado Karovinlə əvəz olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR