Sürücülük vəsiqəsi olmayan şəxslər qəza törətdi -

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi bir nəfərin ölümü ilə nəticələnib.

Daxili işlər Nazirliyinin Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, hadisə ötən gün 20:55 radələrində qeydə alınıb.

Belə ki, “Lada Priora” markalı, 50-EK-578 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü əks istiqamətli hərəkət zolağına çıxaraq qarşıdan gələn “VAZ 2107” markalı, 10-EE-719 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşub.

Hadisə nəticəsində “VAZ 2107” markalı avtomobilin sürücüsü Tamerlan Zamanov dünyasını dəyişib.

"Aparılan araşdırmalar zamanı hər iki avtomobilin sürücüsünün nəqliyyat vasitəsini idarəetmə hüququnun olmadığı məlum olub. Odur ki, sürücülük hüququ olmadan sükan arxasına əyləşərək özününüzün və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə yanaşmayın", - deyə məlumatda bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR