"Müğənni Nigar Camalın avtomobilinə hücum edən şəxs müəyyən olunub və polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb".

Metbuat.az xəbər verir ki, bu barədə Baku.ws-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

DİN rəsmisi əlavə edib ki, araşdırma aparılır və araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.