DYP əməkdaşı tıxacın qarşısını almaq üçün yeni üsuldan istifadə etdi -

Bakı şəhərində polis tıxacın qarşısını almaq üçün yeni bir üsuldan istifadə edib.

Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Bildirilib ki, yol polisi əməkdaşı maşını yolun ortasında saxlayaraq, tıxacın qarşısını almağa çalışır.

Metbuat.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.az-a açıqlamasında bildirib ki, polisin bu hərəkətlə tıxacın qarşısını alması ilə bağlı səslənən fikirlər boş iddialardır:

“DYP əməkdaşı heç vaxt maşını yolun ortasında saxlayıb yolu kəsmir. Bu, yol kəsmək deyil, əksinə, mərkəzə doğru hərəkət edən nəqliyyat axınını yolun ötürücülük qabiliyyətinə uyğun mərhələli şəkildə tənzimləməkdir. Polis lazım olduğu hallarda xidməti həyata keçirib, hər hansısa bir yolda hərəkəti dayandıra bilər. Orada maşınları şəhərə mərhələ-mərhələ buraxırlar ki, şəhərdə sıxlıq nəticəsində tıxac yaranmasın. Yəni nəqliyyatın hərəkət sürəti sıfıra düşməsin, fasiləsizlik pozulmasın”.

“Hər hansısa yol bağlandıqda hərəkət dəyişdirildikdə isə bu barədə öncədən ictimaiyyətə məlumat təqdim edirik. Necə ki, bir neçə gün əvvəl artıq biz beynəlxalq əhəmiyyətli tədbirlə bağlı bütün hərəkət marşrutları barədə məlumatı yaymışdıq”, - deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR