İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Real Madrid" "Barselona" ilə qarşılaşıb.
Metbuat.az xəbər verir ki, Santyaqo Bernabeuda keçirilən qarşılaşma "Barselona"nın 1:0 hesablı üstünlüyü ilə başa çatıb. Eder Militao 26-cı dəqiqədə avtoqol vurub.
Kərim Benzemanın 12-ci dəqiqədə vurduğu qol oyundankənar vəziyyətə görə ləğv edilib.
"Real Madrid"dən qəribə statistika
Çempionlar Liqasında fırtına kimi əsən "Real"ın yerli yarışlarda problemləri davam edir.
Qarşılaşmada "Barselona" qapıya 2 dəqiq zərbə vurub. “Real Madrid” isə qapıya dəqiq zərbə vura bilməyib.
Buskets rekord qırıb
“Real Madrid”ə qarşı 46 dəfə oynayan Serxio Busquets, Lionel Messi və Serxio Ramosu geridə qoyaraq "Ən çox El Klassiko matçı keçirən futbolçu" adına sahib oldu.
Hazard üçün “şans yoxdur”
Eden Hazard “Real Madrid”ə keçəndən sonra heç bir “El Klassiko”da oynamayıb. Belçikalı ulduz bu matçda da ehtiyat oyunçular skamyasında qalıb.